Hüquq müdafiəçiləri gələn həftə hökumət nümayəndələri ilə görüşəcək
“Şahin Həsənlinin və Vidadi Isgəndərlinin azadlığa çıxması üçün var gücümüzlə çalışırıq. Bizdə olan məlumata görə, Şahin Həsənli yaxın vaxtlarda azadlığa çıxacaq”.
Bunu, hüquq müdafiəçisi Novella Cəfəroğlu “Azadlıq”a açıqlamasında deyib. N.Cəfəroğlu bildirib ki, bu həftə ərzində ayrı-ayrı səfirlərlə görüşlər keçirib vicdan məhbuslarının məsələsini qaldırıblar. Gələn həftə isə eyni məzmunlu görüşün hökumət nümayəndələri ilə keçirilməsi gözlənilir: “Iki vicdan məhbusu qalıb və hökumət ilk fürsətdəcə onları azad etməlidir. Bu, onların özü üçün də xeyirlidir. Biz bu istiqamətdə çox ciddi çalışırıq. Şahin Həsənli ilə bağlı ümidverici xəbər eşitmişik. Amma biz çalışacağıq ki, hər iki vicdan məhbusu ən qısa zamanda azadlığa çıxsın”.
Gültəkin