Yapon jurnalist Suriyada müsəlman oldu

Suriyadakı hadisələri yaxından izləmək üçün bir müddətdir Lazkiyenin Bayırbucak bölgəsindəki Azad Suriya Ordusu ilə hərəkət edən Yapon jurnalist Mitzuyuşi Ivaş müsəlman olub.

Mustafa adını götürən Mitzuyuşi Ivaş Azad Suriya Ordusunun Türkmən taborundakı əsgərlərin sədaqətindən təsirlənərək öz iradəsi ilə İslam dinini seçdiyini ifadə edib.

Ivaş,” Suriya keçmək üçün əvvəl Türkiyənin Yayladağı şəhərinə gəldim. Türkmən gənclərlə qarşılaşdığımda mənə bir ehtiyacım olub olmadığını soruşdular. Suriyaya getmək istədiyimi söyləyincə məni Lazkiyedəki Türkmən taboru ilə tanış elədilər. Onların etdiklərini təqlid etməyə başladım. Dəstəmaz aldım, onlarla namaz qıldım. İçlərindən biri əgər namaz qılmaq istəyirəmsə, müsəlman olmağım lazım olduğunu söylədi. Onların təlqinləriylə kəlmeyi-şəhadəti öyrəndim. Daha əvvəldən də İslama qarşı müsəlmanların yaxşı insanlar olması, inanclarına bağlı olmalarını eşitmişdim”, deyə bildirib (sfera.az).