“Mənim Rusiyada elə dostlarım yoxdur”

Rüstəm İbrahimbəyov  iqtidar deputatının ittihamlarına cavab verdi

Hakimiyyətin tanınmış kinorejissor, Ziyalılar Forumunun üzvü Rüstəm İbrahimbəyova qarşı kampaniyası davam etməkdədir. Hakimiyyət təmsilçiləri R.İbrahimbəyovun iqtidarı şəxsi biznes maraqları naminə tənqid etdiyini iddia edir. Bu günlərdə bu tezislərin sırasına daha biri əlavə olunbu. Deputat Qüdrət Həsənquliyev mətbuata açıqlamasında bildirib ki, İbrahimbəyovun bu gün vicdanının səsi ilə danışdığına inanmır. Q.Həsənquliyevə görə, ziyalıya belə danışmağı Rusiyadakı “bəzi vəzifəli dostları” məsləhət görüb.
Məsələ ilə bağlı R.İbrahimbəyovun münasibətini öyrəndik. Q.Həsənquliyevin söylədiklərini reallıqdan uzaq adlandıran R.İbrahimbəyov vurğuladı ki, əgər o, kiminsə istəyi ilə danışsaydı, o zaman Rusiya mətbuatında onun çıxışları geniş yer alardı: «Əksinə mən çalışıram ki, ölkəmizlə bağlı məqamlar başqa mətbuata keçməsin. Mən bu cür ittihamlara təccüblənirəm. Bunlar hamısı uydurma sözlərdir. Mənim Rusiyada elə dostlarım da yoxdur».

Xəyal