2012-ci il Yay Olimpiya Oyunlarında Amerika Birləşmiş Ştatlarını təmsil edən üzgüçü Maykl Felps 20-ci Olimpiya medalını qazanaraq, öz rekordunu təzələyib. Felps 200 metrlik məsafədə kompleks üzmə üzrə qızıl medal qazanıb.
Bununla da, 27 yaşlı amerikalı üzgüçü London Olimpiadasında hələlik 2-si qızıl, 1-i gümüş olmaqla, 3 medal qazanıb.
Hazırda üzgüçünün aktivində 16 qızıl, 2 gümüş və 2 bürünc medal var. Qeyd edək ki, Maykl Felps Olimpiya Oyunlarında indiyədək bir idmançının qazandığı medalların sayına görə rekordçu hesab edilir.