QOÇ
Dostlarla görüş üçün münasib gündür. Romantik macəra, yeni tanışlıq ehtimalı da böyükdür. Bu gün vaxtınızın çox hissəsini evdən kənarda keçirəcəyiniz gözlənilir. Çünki rədd edə bilmədiyiniz dəvətlər alacaqsınız.
BUĞA
Bu gün qeyri-rəsmi görüşlər üçün əlverişlidir. Ehtimal ki, sizi bu gün ad gününə, yaxud da yubileyə dəvət edəcəklər. Ulduzlar bildirir ki, bu gözlənilməz dəvətlə əlaqədar planlaşdırmadığınız məsrəflər olacaq.
ƏKIZLƏR
Çox da ümidverici gün deyil, heç bir dəyişiklik də gözlənilmir. Çoxlu qayğı və işləriniz olacaq. Yaşlı qohumlarla münasibətdə ehtiyatlı olmağınız məsləhətdir. Onların bu gün sizin yardımınıza daha çox ehtiyacları var.
XƏRÇƏNG
Şəxsi həyatınızda dəyişklik olmasını istəyirsinizsə, diqqətli olmalısınız. Bu gün təməli qoyulan münasibətlərin ciddi olacağı bildirilir. Təəssüf ki, çoxdan bəri arzuladığınız tədbir ümidlərinizi doğrultmayacaq və kifayət qədər darıxdırıcı olacaq.
ŞIR
Uğurlu və maraqlı gündür. Siz gününüzü nəyə həsr etmək lazım olduğunu yaxşı biləcəksiniz. Yaradıcılıq potensialınız çox yüksəkdir və inadkarlıqla ideyaların reallaşdırılmasını tələb edəcək. Bu gün özünüzü qeyri-adi, əhəmiyyətli işə həsr edə bilərsiniz.
QIZ
Sizin ən yaxşı keyfiyyətləriniz bu gün daha çox özünü göstərəcək. O üzdən də əks cinsin nümayəndələrini cəlb etmək şansınız hər an artacaq. Ehtiyatlı olun, ehtiyatsız addım sizin yarınızın qəlbinə toxuna bilər. Bu gün istənilən tədbirin reallaşdırılması baxımından münasib gündür.
TƏRƏZI
Yüngül, maraqlı gün gözlənilir. Elə bir gün yaşayacaqsınız ki, sonradan onu xatırlamaq xoş olacaq. Ulduzların proqnozuna görə, bu gün sevinmək üçün əlinizdə çoxlu əsas olacaq. Dostlar qeyri-adi təklif irəli sürəcəklər, razılaşın. Yeni təəssüratlar xoş olacaq.
ƏQRƏB
Pis gün deyil, gününüzü xoş keçirmək imkanınız olacaq. Yeni tanışlardan xeyli tərif eşidəcəksiniz. Gözləmədiyiniz vaxtda gəlir əldə edəcəyiniz, hədiyyə alacağınız, uğurlu alış-veriş edəcəyiniz istisna deyil. Yarınıza qarşı diqqətli olmağınız məsləhətdir.
OXATAN
Bu gününüz keçmişə qayıdışla yadda qalacaq. Bu qayıdış xoş olacaq. Bu günün mənfi tərəfi ondadır ki, o, çox düşünməyə vadar edəcək. Bu düşüncələr isə xoşagələn olmayacaq. Buna bir sınaq kimi baxın.
OĞLAQ
Şəxsi müstəvidə çox çətin gün gözlənilir. Siz çoxdan verdiyiniz sözə xilaf çıxacaqsınız. Öz hərəkətlərinizlə yaxınlarınızın qəlbinə toxunacaqsınız. Təəssüf ki, bu da sizi dayandırmayacaq. Ümumiyyətlə, bu gün çoxlu yanlışlığa yol verəcəyiniz bildirilir.
DOLÇA
Sizi bir kəlmədən anlayanlara qarşı bu gün yaxşı münasibətdə deyilsiniz, buna baxmayaraq, gün uğurlu keçəcək. Maraqlı şəxslərlə tanışlıq gözlənilir, ünsiyyət dairənizi genişləndirəcəksiniz. Hissiyyatınız çox yüksəkdir, bu üzdən də o, istənilən suala düzgün cavab verməkdə sizə yardımçı olacaq.
BALIQLAR
Sizin dedikləriniz və hərəkətləriniz heç də həmişə düşünülmüş olmur. Buna görə də tez-tez ən yaxınlarınızın qəlbinə dəyirsiniz. Münaqişənin baş vermək ehtimalı da böyükdür. Bunun da başlıca səbəbkarı siz olacaqsınız.

Günün ulduz falı (03.08.12)
•