Braziliya tarixinin ən qalmaqallı cinayət işi: hakim partiyanın 38 üzvü korrupsiyada günahlanrırılır
Braziliya Ali Məhkəməsi ölkənin hakim partiyasının 38 üzvünün adının hallandığı korrupsiya faktına görə cinayət işi açıb. Bütün yüksək vəzifəli rəsmilər mütəşəkkil cinayətkarlıqda ittiham olunur. Prokuror Roberto Qurjel bildirib ki, peşəkarcasına hazırlanmış planla Braziliya tarixində ən böyük korrupsiya və dövlət əmlakını mənimsəmə halları baş verib. İstintaq araşdırmalarına görə, ittiham olunan şəxslər hakim koalisiyadakı həmkarlarına ayda 10 min dollar rüşvət ödəyərək siyasi dəstək alıblar.
Prokurorluq bildirib ki, ittiham olunanlar əsasən dövlət şirkətlərinin reklam büdcələrindən külli miqdarda pul oğurlayıblar. Dövlət büdcəsindən oğurlanan pulun ilkin ümumi dəyəri 40 milyon dollar civarında olduğu müəyyənləşib. Müttəhimlərın əksəriyyəti Braziliyanın keçmiş prezidenti Luis Lula da Silvanın yaxın ətrafıdır. Eks prezidentin müşavirlərindən də korrupsiyada günahlandırılanların olduğu bildirilir.