İsrailin “Haaretz” qəzeti İngiltərə hökümətinin Rəcəb Tayyip Ərdoğan və İsrail baş naziri Binyamin Netanyahu arasında vasitəçilik etdiyini yazır. Qəzetin məlumatına görə, İngiltərə son həftələrdə iki baş nazirin mesajlarını bir-birinə çatdırıb. Ancaq Türkiyənin “Mavi Mərmərə” gəmisində qətlə yetirilən vətəndaşları ilə bağlı İsraildən üzr tələbi həllini tapmayıb.
Vasitəçiliyi ingilis diplomatlar ilə bir yerdə amerikan və alman həmkarları həyata keçirirlər. Qəzet yazır ki, ABŞ və İngiltərə Suriya böhranında Türkiyə və İsrailin ortaq mənfəətinin olmasına inanır və tərəfləri buna inandırmağa çalışır.
azadliq.info