BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatı Suriyada aclıq çəkənlərin sayı haqda yeni hesabat dərc edib. Yaxın 3-6 ay ərzində qida məhsullarına ehtiyacı olan sakinləri sayı 1,5 milyon nəfərə çatacaq.
Təşkilatın məlumatına görə, artıq bir milyon suriyalı kənd təsərrüfatı sahəsində köməyə ehtiyac duyur. Ölkə əhalisi toxum, heyvan yemi, yanacaq azlığından sıxıntı çəkir. İrriqasiya sistemlərinin təmirə ehtiyacı var. Son il ərzində ölkənin k/t itkiləri 1,8 milyard dollar təşkil edib.
Təşkilatın Suriya nümayəndəsi bildirib ki, itkilərin nəticəsi xüsusilə ağırdır. Humanitar yardım göstərilməsi məsələsi aktuallaşıb.
azadliq.info