İran Bəşər Əsədə dəstək məqsədi ilə Suriyanın Hələb bölgəsinə 4 min əsgər göndərib. Bu haqda Türkiyə mətbuatı ölkə kəşfiyyatına istinadən məlumat verib.
İran əsgərləri Suriyanın Hələb bölgəsinə İran və Livan üzərindən dislokasiya edilib. Bundan başqa, Livandan “Hizbullah”ın Hələbin üsyançıların əlinə keçməməsi üçün Əsədə dəstək üçün yardım göndərdiyi bildirilib.