Obama CİA-a Əsədi devirmək icazəsi verib

ABŞ prezidenti Barak Obama Mərkəzi Kəşfiyyat İdarəsinə (CİA) suriyalı üsyançılara kömək etməyə icazə verən məxfi sənəd imzalayıb. Bu haqda mənbələrini gizli saxlayan CNN və Reuters xəbər verir.

Sənədin nə zaman imzalandığı məlum deyil. CNN qeyd edir ki, Obama üsyançılara kömək etmək qərarını bir neçə ay əvvəl verib. Məzmun məlum olmasa da, diplomatik mənbələr bildirir ki, amerikan kəşfiyyatı üsyançılara Suriya hökümət qoşunlarının hərəkəti haqqında məlumatlar ötürür. Bundan əlavə ABŞ müxalifətə silah ötürmək üçün Qətər və Səudiyyə Ərəbistanla danışıqlar aparır.

ABŞ höküməti silah tədarükü haqda informasiyanı məlumatsız olması ilə əsaslandırsa da,1 avqust Dövlət Departamentinin açıqlamasında Amerikanın suriyalı üsyançılara 25 milyon, humanitar yardım kimi 64 milyon dollar xərclədiyi göstərilib. 31 iyulda ABŞ-ın Maliyyə nazirliyi rəsmən bildirmişdi ki, “Suriyalılara dəstək qrupu”na Azad Suriya Ordusuna maliyyə yardımı etmək icazəsi verib.

MKİ-nin suriyalı üsyançılara yardım etməsi haqda xəbəri “The New York Times” qəzeti hələ iyun ayının sonlarında yaymışdı. Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Tommi Vitor Obamanın məxfi imzası ilə bağlı informasiyanı şərh etməkdə imtina edib.

azadliq.info