Ən kasıb ölkələr Olimpia medalına ən çox pul ayırıb

«Le Fiqaro»: «Azərbaycan qızıl medala 510 min dollar Özbəkistan isə 811 min avro vəd edir»

Azərbaycan və Özbəkistan Olimpiadada qızıl qazanacaq idmançılarına ən böyük mükafatı vəd edən ölkələrdir. Fransanın məhşur «Le Fiqaro» qəzetinin yazdığına görə, Azərbaycan qızıl qazanan imançısına 510 min dollar, Özbəkistan hər qızıla 811 min avro vəd edir. Bu, London Olimpiadasında iştirak edən 204 ölkə arasında ən yüksək göstəricilərdir.
Qəzetin hesablamalarına görə, Özbəkistanın qızıla medala ayırdığı mükafat 290 vətəndaşının əmək haqqısı qədərdir. Azərbaycanın da qızıla görə təyin etdiyi mükafat çox yüksəkdir. Ölkəmizdə orta aylıq əmək haqının 400 manat olduğu və cəmiyyətin ciddi sosial-iqtisadi problemlər yaşadığı bir zamanda belə «səxavət» başa düşülmür.
«Le Fiqaro» yazır ki, dövlətlərin idmançılarına təyin etdikləri mükafatların qiymətini müqayisə edərkən qəribə mənzərə yaranır. Belə ki, kasıb ölkələr, daha inkişaf etmiş və varlı ölkələrə nisbətən daha böyük maliyyə xərcləyirlər. Məsələn, Özbəkistan və Azərbaycandan fərqli olaraq Fransa qızıl medala cəmisi 50 min avro ayırıb.

İnformasiya şöbəsi