Son cüdoçumuzun medal uğrunda mübarizəsi davam edir
Cüdoçularımızın London Olimpadasında çıxışları baş açatıb. Son təmsilçimiz Elmar Qasımov (-100 kq) ¼ finalda cənubi koreyalı HWANG, Hee-Tae ilə mübrizədə uduzub. Buna qədər London-2012-də mübarizə aparan bütün 7 cüdoçumuz uduzaraq medal qazana bilməmişdilər.
***
London-2012: Cüdoçumuz ¼ finalda
London-2012 Yay Olimpiya Oyunlarında cüdo növündə Azərbaycanın sonuncu cüdoçusu Elmar Qasımov mübarizəyə qələbə ilə başlayıb. 100 kq çəki dərəsəində yarışan 22 yaşlı idmançı 1/16 finalda Qazaxıstandan olan rəqibi Maksim Rakovu məğlub edərək 1/8-ə yüksəlib.
Oyunun əvvəlində o, rəqibini başı üzərindən ataraq, yuko xalı alıb. Qalan hissədə isə lazımınca müdafiə oluna bilib. Passiv mübarizə apardığı üçün hakimlər ona xəbərdarlıq ediblər, lakin bu, ümumi nəticəyə təsir göstərməyib.
Qasımov qələbə qazansa da, dizindən zədə alıb. O, tatamini axsaya-axsaya tərk edib.
Cüdoçumuz 1/8 finalda Gürcüstandan olan Levan Jorjoliani qarşılaşıb və bu qarşılaşmadan da qalib çıxıb. Gürcü cüdoçu passiv döyüşdüyünə görə, iki şido xalı ilə cəzalandırılıb. Bununla da Elmar Qasımovun aktivinə yuko xalı yazılıb. Beləliklə, cüdoçularımızdan Elmar Qasımov ¼ finala vəsiqə qazanıb.