elihesenov-elnuraslanov

Əli Həsənov Elnur Aslanova qadağa qoyub

elihesenov-elnuraslanovŞöbə müdiri qəzetlərinin rəhbərlərinə deputatın oğluna yer verilməməsini tapşırıb

Prezident Administrasiyası siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanova iqtidar KIV-lərinin əhəmiyyətli hissəsində qadağa qoyulub. Bu barədə “Yeni Müsavat” qəzeti məlumat yayıb. Məlumatda deyilir ki, təxminən iki həftə əvvəl bir çox iqtidar KIV-lərinin rəhbərlərinə tapşırılıb ki, onlar Aslanovun açıqlama və müsahibələrini dərc etməməlidir. Üstəlik, Aslanovun şəklini də verməməlidir.
“Azadlıq”a daxil olan məlumatlara görə, əsasən Prezident Administrasiyasının ictmai-siyasi şöbəsinin müdiri Əli Həsənovun nəzarətində olan KIV-lərdə Elnur Aslanova qadağa qoyulub. Hakimiyyətdaxili mənbəmiz bunu Əli Həsənovla Elnur Aslanov arasında münasibətlərin gərgin olması ilə izah edir: “Son illər Elnur Aslanov xeyli önə çıxıb. Bu isə Əli Həsənovda ciddi narahatlıq yaradıb. Iqtidaryönlü iri gənclər təşkilatlarının Elnur Aslanovun ətrafında birləşməsi, onu getdikcə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sözçüsünə çevrilməsi Əli Həsənovda təşviş yaradıb. Ictima-siyasi şöbənin müdirini Elnur Aslanovla əvəzlənə biləcəyi qorxusu təqib edir. Bu baxımdan Əli Həsənov hər fürsətdə Elnur Aslanovu ”vurmağa” çalışır”.
Mənbə əlavə edib ki, hazırda Elnur Aslanovla Əli Həsənov arasında gənclər təşkilatlarının nəzarətə götürmək uğrunda rəqabət var. Elnur Aslanov “Irəli” kimi iri təşkilata nəzarət etdiyi halda, Əli Həsənov xırda gənclər təşkilatlarını ətrafına toplayıb. Şöbə müdiri onları da Elnur Aslanova qarşı savaşa qoşub.

Hikmət