aliyevler-sumtexpark

Hakim ailənin media proyekti

aliyevler-sumtexparkİqtidar düşərgəsində intriqalı 2013 hazırlığı

İqtidar qəzetlərini saytlar əvəzləyə bilər

Azərbaycan hakimiyyəti 2013-cü ildə keçiriləcək prezident seçkisi ərəfəsində nəzarətində olan KIV-lərə yenidən nəzər salacaq.
Əldə etdiyimiz məlumatlara görə, hakimiyyət bu dəfə əsasən bütün potensialını internetdə üstünlük qazanmağa sərf edəcək. Iqtidaryönlü qəzetlərə deyil, saytlara və sosial şəbəkələrə daha çox önəm veriləcək. Bildirilir ki, bəzi iqtidaryönlü qəzetlər qapadılaraq əvəzində xəbər portalları yaradılacaq. Bu xəbər portallarına külli miqdarda maliyyə vəsaiti ayrılacaq. Artıq bu istiqamətdə fəaliyyətə başlandığı bildirilir. Məlumatlara görə, yaxın vaxtlarda yeni sayt yaradılacaq. Iddia olunur ki, saytın adı “Birinci.az”dır. Bu xəbər portalının Paşayevlərə yaxın olduğu deyilir. Ümumiyyətlə media ilə bağlı yeni layihənin tam olaraq Paşayevlərə məxsus olduğu iddia olunur.