Çində uyğurlara qarşı represiya davam edir

Çin məhkəmələri Şərqi Türkistanda yaşayan 20 uyğura millətçi ideyaların təbliği, “müqəddəs müharibəyə” hazırlıq, internetdəçağırışlar ittihamı ilə hökm oxuyub. Seperatizmdə ittiham olunan şəxslərə verilən maksimal həbs cəzası 15 il olub. Çin hakimləri uyğur millətindən olan şəxsləri dini  qarşıdurmaya çağıran dini materiallar yaymaqda şübhəli biliblər.

Reuters qeyd edir ki, Çin höküməti onların milliyətini göstərməkdən çəkinsə də, mühakimə olunanların adlarından onların uyğur olduğu anlaşılır. Uyğur azlığı belə düşünür ki, cəzalandırmanın səbəbi Sıntzyan-Uyğur muxtar vilayəti ilə Pekin arasındakı ziddiyyətdir. Uyğurların sıx yaşadığı ərazidə tez-tez polislə toqquşmalar olur. Çin hakimiyyəti yerli müsəlmanlara qarşı represiyalar keçirir, onların mədəni, siyasi həyatını dəyişdirməyə çalışır. Pekin bu iddiaları rədd edir və yerli uyğurları terrorçu təşkilat yaratmaqda ittiham edir.

azadlıq.info