Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarının IV yarış günü Azərbaycan idmançları daha bir məğlubiyyət yaşayaıb. Boksçulardan Heybətulla Hacəliyev (64 kq) rinqə çıxıb. İdmançımızın döyüşü Bakı vaxtı ilə saat 03:02 başlayıb.
21 yaşlı idmançımız 1/16 final mərhələsindən yarışa qatılan Hacəliyev Tunis təmsilçisi olan Abderrazak Houya ilə qarşılaşıb. Azərbayacan təmsilçisinin üstünlüyü ilə başlayan döyüş fasiləyə kimi 6:3 olub. İkinci hissədə boksçular hərəyə 5 dəqiq zərbə vurublar – 11:8.
Təmsilçimiz üstünlüyünü sona kimi qoruya bilməyib və axırıncı raunda 5 xal qazanıb. Rəqib isə 11 dəqiq zərbə vurub. H.Hacəliyev 16:19 hesabı ilə uduzaraq, Olimpiadada çıxışını dayandırıb.
Qeyd edək ki, Azərbaycan London Olimpiadasında 8 boksçu ilə təmsil edilir. Hələlik Soltan Migitinov (75 kq) mərhələ adlayıb. Hacəliyevdən öncə Vətən Hüseynli (81 kq) və Elvin Məmişzadə (52 kq) 1/16 finalda uduzub (ans press).