Bu il aprelin 15-də Sabirabad rayonunun Minbaşı kəndində etiraz aksiyasının təşkilində ittiham edilərək həbs olunan kənd sakini Pirverdi Mahmudov 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Bu barədə “Turan”a Mahmudovun yaxınları bildiriblər.
Istintaq müddəti ərzində həbsdə keçirilən vaxt nəzərə alınmaqla, Mahmudov 2,5 ay sonra azadlığa çıxacaq.
Etiraz aksiyasının daha bir iştirakçısı- Mənsur Yolçuyev də 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Minbaşı kəndinin daha iki sakinini məhkəmələrini gözləyir. Onlar qanunsuz narkotik saxlamaqda ittiham olunur. Qeyd edək ki, bu ilin aprelində Minbaşı sakinləri bir sıra aksiyalar keçiriblər, o cümlədən Şirvan-Sabirabad magistral avtomobil yolunu bağlayıblar və 2010-cu ilin yaz daşqının nəticəsində dəymiş ziyana görə kompensasiya ödənilməsini tələb ediblər.
İki aksiyaçı 6 aylıq həbsə göndərildi
•