Qubad İbadoğlu: “Neft gəlirlərinin xərclənməsi ilə bağlı birinci problemin artıq xərclənmə, ikinci isə xərcləmədə heç bir şəffaflığın olmamasıdır”
Amerika yazıçısı və iqtisadçı, Kaliforniya Universitetinin Cənub-Şərqi Asiya Araşdırmaları Mərkəzinin direktoru Maykl L.Ross “Neft lənəti” kitabında ölkəmizlə bağlı müdhiş məqamlar açıqlayıb.
Onun hesabalamalırna görə, Azərbaycana gələn neft gəlirlərinin ən azı yarısı mənimsənilir. Maykl L.Rossa görə, bütün bu məqamlar nəticəsində Azərbaycan hökuməti ölkəni Afrika və Yaxın Şərqin bir sıra dövlətləridən də geri salıb. Müəllif yazır ki, hakimiyyət əhalini neft gəlirləri barədə məhdud məlumatlandırmağın unikal yolunu “tapıb”. Belə ki, hər il parlamentdə “büdcə” müzakirəyə çıxarılır, əslində isə real gəlirlərin ən azı yarısı büdcədə əks olunmayıb, ARDNŞ vasitəsilə mənimsənilir”.
“BBC Azərbaycanca”ya müsahibəsində Maykl L.Ross deyib ki, əslində Azərbaycanda şəffaflığa münasibət də “unikaldır” – gəlirlərinin toplanmasında həddən artıq şəffaflıq qorunduğu halda, onların xərclənməsində buna əhəmiyyət belə verilmir. Ekspert vurğulayır ki, büdcənin böyük bir hissəsi elə dövlətin neft şirkəti tərəfindən israf olunur və bu, vəsaitlərin xərclənməsində daha artıq qeyri-şəffaflığa yol açır.
Iqtisadçı Qubad Ibadoğlu vurğuladı ki, Azərbaycanda həqiqətən də neft gəlirlərinin xərclənməsi ilə bağlı ciddi problem var. Neft gəlirlərinin xərclənməsi ilə bağlı birinci problemin artıq xərclənmə olduğunu deyən Q.Ibadoğlu vurğuladı ki, ikinci problem isə gəlirlərin pis formada xərclənməsidir: “Təəssüflər olsun ki, gərəkli oldğundan qat-qat çox neft gəlirləri xərclənir. Ikinci ən böyük problem isə bu xərcləmələrin heç bir ictimai nəzarət olmadan xərclənməsidir. Tender keçirilmədən, layihə-smeta sənədləri hazırlanmadan neft gəlirləri xərclənir. Bu baxımdan mən də Maykl L.Rossun aparılan xərcləmələrlə bağlı söylədikləri ilə razılaşıram”.
Xəyal