Çinin Sintzyan-Uyğur əyalətində müsəlman dövlət məmurları və tələbələrə Ramazan ayında oruc tutmaq qadağan olunub. Qadağa yerli hakimiyyət nümayəndəliyinin saytında yayımlanıb. Bildirişdə “Kommunist Partiyası kadrlarının, dövlət məmurlarının və tələbələrin Ramazanda azad dini fəaliyyətdə olması qadağan olunmuşdur” deyilir. Çin höküməti bunu stabilliyin təmin olunması ilə əsaslandırır.
Həmçinin tələbələrə Ramazan ayında məscidlərə getmək, fitrə və zəkat vermək də qadağan olunub. Sənəddə müsəlman dövlət məmurlarının Ramazan boyu yemək yeyə bilməsini təmin etmək üçün onlara yemək “hədiyyə” edilməsi də göstərilib.
Qadağalara Dünya Uyğur Konqresindən etiraz gəlib. Bu qadağaların uyğur xalqının müqavimətini artıracağını bildirib.
azadliq.info