Suriya ordusu Hələb şəhərini nəzarətə götürə bilmək üçün hücumların sayını artırıb. Həbi əməliyyatın dördüncü günündə Hələbin beş rayonu artileriya atəşi ilə bombardıman edilir. Şəhər mərkəzinin hökümət qüvvələrinin nəzarətində olduğu bildirilir.
Müxalif qüvvələr müxtəlif istiqamətlərdə Əsəd qüvvələrinə hücumlar edirlər. Polis idarəsinə hücumların birində 40-a yaxın polis öldürülüb.
Dəməşqdə də döyüşlər gedir. Dəməşq yaxınlığındakı iki ərazi də artileriya atəşinə tutulur.
azadliq.info