Rusiyalı politoloq İbrahimbəyovun müdafiəsinə qalxdı

“Tarix bu gün Ibrahimbəyova qarşı ləyaqətlə mübarizə apara bilməyənlərə özü hökm oxuyacaq”

Rusiya mətbuatından və ictimaiyyətindən tanınmış kinorejissor Rüstəm Ibrahimbəyova qarşı başlanmış qara piara təpkilər artmaqdadır. Indi də tanınmış siyasi şərhçi Dmitri Kiselyov “Hakimlər kimdi?” başlıqlı məqalə ilə çıxış edib. Yazını ixtisarla təqim edirik.
Rüstəm Ibrahimbəyova qarşı hakimiyyətin apardığı kampaniyanı pisləyən Kiselyov yazır: “Yeni Azərbaycan Partiyasının iki funksioneri – Əli Əhmədov və Əli Həsənov Ibrahimbəyovu kəskin tənqid edir, biri hələ bir az da irəli gedərək onun haqda cinayət işi qaldırılmasını istəyir.
Məncə, Əhmədov və Həsənov fikirləşməlidilər: axı, onlarla Ibrahimbəyovun dünyada çəkisi ayrı-ayrıdır. Dünya şöhrətli Ibrahimbəyovdan fərqli olaraq onları kim tanıyır ki? Sıradan bir məmurdular. Ibrahimbəyov isə dünya çaplı rejissor,  “Oskar” mükafatı laueratı. Vaxtilə SSRI-nin başında olan Brejnev böyük mütəfəkkir Aleksandr Soljenitsını təqiblərə məruz qoyanda başqa bir dissident Bulat Okucava deyirdi: “Gəlin əl-ələ verək ki, təklikdə məhv olmayaq”. Illər keçdi. Brejnev, Soljenitsın, Okucava da o dünyadadırlar. Brejnevin bir heykəli, adına bir küçə belə yoxdur. Soljenitsının adını indi Moskvanın mərkəzindəki keçmiş “Kommunistiçeskaya” küçəsi daşıyır. Köhnə Arbatda Bulat Okucavanın heykəli ucalır.
Cənab Əhmədov və Həsənov yaddan çıxarmamalıdılar: tibbin inkişafına baxmayaraq ölümdən hələ heç kim qaça bilməyib. 50 il sonra nə Əli Həsənov olacaq, nə də Əli Əhmədov. Onları heç kim xatırlamayacaq. Həsənovun, Əhmədovun adına bir balaca küçə də olmayacaq. Amma əminəm ki, Rüstəm Ibrahimbəyovun şərəfinə böyük heykəl ucaldılacaq. Ola bilər ki, nə Moskva, nə də Bakıda olsun bu heykəl. Amma onlar bilsinlər, Ibrahimbəyovun adına böyük bir küçə də olacaq. Əlahəzrət tarix bu gün Ibrahimbəyova qarşı layaqətlə mübarizə apara bilməyənlərə özü hökm oxuyacaq”.