ABŞ alimləri insan sağlamlığına zərər vura biləcək yeni virus aşkar etdiklərini deyiblər. H3N8 kimi təsbit edilən virusun keçən il Amerikanın şərq sahillərində çox sayda suitinin ölməsinə səbəb olub. Virusun quş qripinin mutasiya etmiş forması olduğu ehtimal edilir. İlk dəfə bir virus quşlardan dəniz heyvanlarına keçib.
Mutasiya keçirən virus daha təhlükəli hala gəlib. Daim mutasiya edən qrip virusları insan üçün ölümcül nəticələr yaradacaq hala gələ bilər. Yeni virusun insanların nəfəs sistemi ilə yayıla biləcəyi deyilir. Bu isə quş qripi epidemiyasından sonra yeni epidemiyanın siqnalıdır.
Suitinin məməli heyvan olması nəzərə alınarsa, insanlar üçün də təhlükə var. Nyu York şəhəri “Weill Cornell” tibb fakültəsinin mütəxəssisi doktor Anna Moskana deyir ki, virus daha əvvəl rastlanmayan struktura malikdir. Son illər quş qripi və donuz qripinin insanlara keçdiyi aşkar edilib. Virus epidemiya halını alarsa, bizi “suiti qripi” də gözləyir.
azadliq.info