kamal-ismet

Nazir müavini Heydərova “yox” deyib

kamal-ismet“Fövqəlnazir”in İsmət Abbasova daxildən cəbhə açmaq planı baş tutmayıb

Kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanovun nazir Ismət Abbasovla münasibətləri gərgindir. Bu barədə məlumatı “AzəriNews.org” saytı yayıb. Xəbərdə deyilir ki, Ismət Abbasovla fövqəladə hallar naziri Kəməladdin Heydərov arasındakı qarşıdurmada Aslan Aslanov “fövqəlnazir”ə reverans edib.
Nazir müavini Kəmaləddin Heydərovun dəstəyindən yararlanaraq nazir olmaq üçün bu addımı atıb. Bildirilir ki, Ismət Abbasov da müavinin xəyanətindən xəbərdirdır. Ona görə də müavini sıxışdırmağa başlayıb.

“Azadlıq”a daxil olan məlumatlara görə Kəmaləddin Heydərov Aslan Aslanovdan Ismət Abbasova qarşı istifadə etməyə cəhd göstərib. Bu həm kənd təsərrüfatı nazirinə daxildən zərbə vurmaq, həm də diqqəti “fövqəlnazir”in deputat Eldar Ibrahimovla bağlı planlarından yayındırmaq üçün düşünülüb.
Məlumat üçün deyək ki, Kəmaləddin Heydərov yaxın çevrəsinə daxil olan Eldar Ibrahimovu kənd təsərrüfatı naziri postuna gətirmək istəyir. Bu barədə mətbuatda da dəfələrlə yazılıb.
Lakin “fövqəlnazir”in cəhdi boşa çıxıb. Bunun kökündə Aslan Aslanovun kirvəsi müdafiə naziri Səfər Əbiyevlə Kəmaləddin Heydərov arasında qarşıdurma olması dayanır. Nazir müavini kirvəsinin rəqibinə yardım etmək istəməyib.

Hikmət