350 milyon insan işıqsız qaldı

Hindistanın şimalında elektrik enerjisi şəbəkəsində naməlum səbəbdən baş verən qəza 350 milyondan çox insanı işıqsız qoyub. Son 10 ildə ən gərgin enerji blokadasında qalan isə regionun 7 ştatının sakinləridir.

Bölgədə dəmiryol nəqliyyatının hərəkəti iflic olub, azı 300 qatar dayanıb. Elektrik enerjisinin kəsilməsi sakinlərin saatlarla dəmiryol stansiyalarında qalmasına, işıqforların işləməməsi isə yollarda iri tıxaclara səbəb olub.

Hazırda rəsmilər elektrik enerjisi almaq üçün ölkənin digər bölgələrinə, eləcə də qonşu Butana müraciət etməyi planlaşdırır. Qeyd edək ki, Asiyanın üçüncü ən böyük iqtisadiyyatına malik olan Hindistan elektrik enerjisinin böyük bir hissəsini kömürdən, 3 faizdən az hissəsini isə nüvədən əldə edir (ans press).