Murad Yavuz Atəş:“Baş verənlər ingilis müstəmləkəçiliyinin geridə buraxdığı problemlərdəndir”
Türkiyənin Birmadakı səfiri Murad Yavuz Atəş Arakan bölgəsində buddistlərin müsəlmanları kütləvi şəkildə qətlə yetirilməsi olaylarından danışıb. Diplomat baş verənlərin Birmada ingilis müstəmləkəçiliyinin geridə buraxdığı tipik problemlərdən olduğunu söyləyib. Səfir bölgədə yaşananları Kipr adasında olanlarla eyniləşdirib. Murad Yavuz Atəş buddistlərin müsəlmanlar tərəfindən zorakılıqlara məruz qaldığı barədə iddiaları isə təkzib edib.
Səfirin sözlərinə görə, Birmada siyahıya alınma olmadığı üçün ölkədəki müsəlmanların dəqiq sayı bilinmir. Lakin ölkə əhalisi 55 milyon olan Birma da müsəlmanların 10 faiz təşkil etdiyi ehtimal olunur. Murad Yavuz Atəş bildirib ki, Birmadakı hadisələr bütün ölkə ərazisində deyil, Araka adlandırılan və təxminən 1 milyon müsəlmanın yaşadığı əyalətdə baş verib. Bölgə Banqladeşlə sərhədə yaxınlıqda yerləşir.
Diplomat olayların tarixini xatırladaraq deyib ki, həmin bölgə vaxtilə İngiltərənin müstəmləkəsi olub. Krallıq tərəfindən bölgədə bütün etnik qruplar məksunlaşdırılıb. Bölgədəki insanlar daha çox banqladeşlilərə bənzəyir. İngiltərə bölgədən çəkildikdən sonra problemlər də başlayır. Səfirin sözlərinə görə, bölgə insanlarının vətəni yoxdur, onlara vətəndaşlıq verilməyib. Həmin insanlar çox çətin şərtlər altında yaşayırlar:“Problemin həlli yollarını axtarsanız, bizim Kipr məsələsi kimi illərdən bəri mövcud olan və həll edilməyən sorundur”.
Birmalı buddistlərin onlara aid məbədlərin müsəlmanlar tərəfindən dağıdıldığına dair iddiaları şərh edən diplomat deyib ki, bu məlumaltar dezinformasiyadır. Buddist məbədlərin dağıdıldığını göstərən fotoşəkillərin bəziləri Çindəki zəlzələdən bəziləri isə Tayvanda çəkilib.


