İranın “Kəleme” qəzeti “Cənab Xameneyi! Qabiliyyətsiz idarəçilik xalqın sümüklərinəcən işləyib” yazısı ilə molla rejimini sərt tənqid edib. Məqalə İrandakı vəziyyəttində fəlakətə yaxın olduğunu deyir. Dövlət aparatının bütün strukturlarında səriştəsizlik gözə çarpır.
Ümumi fikrə əks olaraq bu heç də Qərbin sanksiyalarının nəticəsi deyil, onlar sadəcə İranı idarə edənlərin bacarıqsızlığını üzə çıxardı. Əvvəllər neft gəlirləri hökümət üzvlərinin eyiblərini örtə bilirdi. Əhmədinecatın dövründə neft xərcləri səhvlərin ört-basdır olmasına sərf olunurdu.
Qəzet yazır ki, İran əhalisinin 60%-i nüvə proqramında güzşətlərə razıdır. Ancaq hökümət tərslik edir və heç nə baş verməycək deyə özünə təskinlik verir. Ölkədə vəziyyət elə bir nöqtədədir ki, hər an partlayış baş verə bilər və o zaman nə olacağını kimsə təhmin edə bilməz.
azadliq.info


