Daha bir əsgərimiz hərbi hissədə güllədən öldü

Azərbaycan Ordusunda ölüm hadisəsi baş verib. Hadisə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qeydə alınıb. 1992-ci il təvəllüdlü əsgər Orxan Qəhrəman oğlu Abbasov hərbi hissədə aldığı güllə yarasından həlak olub. İlkin məlumata görə, əsgər yoldaşının silahla ehtiyatsız davranması nəticəsində açılan atəş Q. Abbasova dəyib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev APA-ya faktı təsdiqləyib. Məlumata görə, hazırda faktla bağlı araşdırma aparılır.

O. Abbasov Gədəbəy rayonundan hərbi xidmətə çağırılıb.