PKK terror təşkilatının bir qrup üzvü Avstriyanın paytaxtı Vyanada Türk Hava Yollarının (THY) bürosunu ələ keçirib. THY bürosunda PKK lideri Abdullah Öcalanın portretini asan terroçular həbsdə olan terrorçu liderin azadlığa buraxılmasını tələb edib və onun lehinə şüarlar səsləndiriblər.
Olaya dərhal müdaxilə edən Avstriya polisi gözyaşardıcı qazla terrorçuları zərərsizləşdirib. Hadisə nəticəsində xəsarət alan olmayıb, işğalı həyata keçirən aksiyaçılar saxlanılaraq polis şöbəsinə aparılıb.
PKK-çılar türk aviaşirkətinin ofisinə basqın etdi
•
•


