Mitt Romni İsrailə gedib

ABŞ Respublikaçılar partiyasından prezidentliyə namizəd Mitt Romni İsrailə səfər edib. Onun ölkə rəhbərliyi ilə görüşü gözlənilir. Romninin baş köməkçisi onun İrana qarşı hərbi güc tətbiq edilməsilə bağlı qərarın qəbulunda İsraili dəstəkləyəcəyini bildirib.

Belə bir mövqe indiki prezident Barack Obamanın baxışlarına tamamilə ziddir. Obama İsraili istənilən bu cür addımdan çəkindirməyə çalışır.