Mişel Obama Londonda futbol oynadı (VİDEO)

Olimpiya oyunlarında amerikalı idmançılara dəstək üçün Londona gəlmiş Mişel Obama, Britaniya hökumətinin təşkilatçılığından çox razı qalıb. Bundan əvvəl Kraliça hakimiyyətinin “Briliyant Yubiley”ini keçirdiklərini xatırladan ABŞ-ın birinci xanımı 2012-ci ilin Britaniya üçün “fenomenal il” olduğunu vurğulayıb.

Xanım Obama uşaqlar arasında sağlam həyat tərzini təbliğ edən xeyriyyə tədbirinə də qatılıb. Uşaqları tərəvəz yeməyə həvəsləndirən birinci xanım, ABŞ idmançıları və məşhur futbolçu Devid Bekhemlə görüşüb.

Tədbirdə birinci xanım eyni zamanda özünü futbolçu kimi də sınamağa qərara alıb. Yeniyetmələrlə top qovan Obama “Süngər Bob”un qoruduğu qapıya qol belə vurub (Associated Press).