Suriya müxalifəti dövlət qurmağı Almaniyada öyrənir

Suriya müxalifətinin 40-dan çox nümayəndəsi Almaniyada demokratiya quruculuğu haqqında təlimlərdə iştirak ediblər. Bu haqda İsrailin “Haaretz” qəzeti yazır. Qəzetin yazdığına görə, Bəşər Əsədin devrilməsi yolları ilə bağlı təlim məxfi şəraitdə aparılıb. Suriyalı müxaliflər alman təhlükəszilik qüvvələrinin təcrübəsi ilə tanış olublar.

Almaniya XİN-də faktı təsdiqləyiblər. Ancaq proqramın təşkilatçısı Almaniya deyil. Suriyalı müxaliflərə Amerika Sülh İnstitutu, Dövlət Departamenti, İsveçrənin XİN-i də kömək göstərir.

Təlimə məsul şəxslərdən Stiven Heydman proqramın məqsədinin Bəşər Əsədin devrilməsindən sonra xaosun qarşısını almağın olduğunu deyib. Bu səbəbdən proqram: “Sabahkı gün üçün: Suriyanın demokratiya keçid prossesində yardım” adlanır.

azadliq.info