Qanunvericilər qondarma soyqırımla bağlı sənədin müzakirəsini təxirə saldı
İspaniya parlamenti qondarma erməni soyqırımı ilə bağlı sənədin müzakirəsini təxirə salıb. Türkiyə mətbuatının xəbərinə görə, qanun layihəsinin müzakirəyə çıxarılmasının lehinə 3, əleyhinə isə 36 deputat səs verib. İspaniyada hakim partiyanın mətbuat katibi Xose Mariya Beneytonun sözlərinə görə, onlar Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasına üstünlük verirlər:“Belə qanun layihəsi iki ölkə arasında münasibələrə daha da pis təsir göstərir”.


