Saatlıda qəribə intihar

Saatlıda qəribə intihar hadisəsi baş verib. Bərdəyə məxsus “KAMAZ” yük maşınının sürücüsü Saatlının mərkəzində, yol kənarında özünü maşınından asıb. Hadisə iyulun 28-i səhər saatlarında qeydə alınıb. Bu barədə “Azadlıq”a rayondakı mənbələrdən məlumat verilib.
İntihar edənin şəxsiyyəti və intiharın səbəbi barədə dəqiq məlumat yoxdur. Bəzi söhbətlərə görə, sürücünün üzərindən borc içində yaşadığı və daha buna dözə bilmədiyi haqda qeyd tapılıb.
Əlavə məlumat toplamağa çalışacağıq.

azadliq.info