Şevçenko siyasətə gəlir

Ukraynanın futbol əfsanəsi Andrey Şevçenko karyerasını siyasətdə davam etdirəcək. Gələcəyini futbolda görməyən idmançı: “Bəlkə hər kəsi şok edəcəm, amma gələcəyim futbol sahəsində olmayacaq”. Onun hər hansı bir partiyaya üzv olacağı haqda bir şey deməyib.

Oktyabr ayında Ukraynada parlament seçkiləri keçiriləcək. Şevçenkodan əvvəl ağır çəkidə boks çempionu Vitaliy Kliçko UDAR partiyasında siyasətlə məşğul olmağa başlamışdı.

azadliq.info