Bakı-Qazax yolunda 4 avtomobil toqquşdu: yaralılar var

“KamAZ” aşıb, “VAZ 2106” yanıb

Bu gün saat 11:30 radələrində Bakı-Qazax yolunda 4 avtomobilin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şahidlərinin Lent.az-a verdiyi məlumata görə, magistralın Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində 2 “KamAZ” marklalı yük maşını, “Nissan” və “VAZ 2106” markalı minik avtomobilləri toqquşub. Yük maşınlarından biri aşıb, digəri isə yol kənarına çıxıb. Hadisə şahidlərinin köməkliyi ilə avtomobillərdə olan yaralılar çıxarılıb və xəstəxanaya aparılıb.

Daha sonra “VAZ 2106” markalı avtomobildə yanğın başlayıb. Hadisə yerinə yanğınsöndürmə briqadası cəlb edilib.