Əsədin tanklarını məhv edən İraq veteranlarıdır

Suriyanın İdlib şəhərində müxbir kimi işləyən “The Guardian” qəzetinin əməkdaşı Martin Çulov öz mikrobloqunda yazır ki, üsyançılar arasında İraq müharibəsinin veteranları da var. İraqda Amerika ordusuna qarşı savaşmış bu şəsxlər yollarda minaların basdırılması, düşmən kolonlarına pusqu təşkil edilməsi taktikasını yaxşı bilirlər.

Müxbirə müsahibə verən bir veteran bildirib ki, sovet və Rusiya istehsalı hərbi texnika Amerikan tank və PDM-lərlə müqayisdə daha asan hədəfə çevrilir. Üsyançılar Əsəd ordusunun çoxlu hərbi texnika itirməsini bununla əlaqələndirirlər. Çulovun verdiyi xəbərə görə, İdlibdən Hələbə gedən yol yanmış texnika ilə doludur.

azadliq.info