“Google” ABŞ-ın Kanzas ştatında sınaqdan keçirdiyi ultra sürətli internetin çoxzolaqlı internetdən 100 dəfə sürətli olduğunu bəyan edib. 700 mb həcmi olan bir filmi 1 saniyədən daha az vaxtda internetdən yükləmək olar.
Google Fiber adlanan yeni internet servisindən hal-hazırda ancaq Kanzas ştatında istifadə etmək olar. Ötürmə qabiliyyəti 1 saniyə də 1gb həcmindədir. İlk əvvəl məktəb, universiet kimi müəssələrə çəkiləcək internet 2013-cü ilin sonuna kimi şəxsi evlərdə də istifadə oluna biləcək.
Aylıq haqqı 70 dollar olacaq xidmətdən birdəfəlik 300 dollar ödəyənlər pulsuz istifadə edə biləcək. Adam başına düşən orta internet sürətinə görə dünya liderləri:
1.Cənubi Koreya: 17.5 mbps
2.Yaponya: 9.1 mpbs
3.Honq Kong: 9.1 mpbs
4.Hollandiya: 8.2 mpbs
5.Latviya: 7.8 mpbs
6. İsveçrə: 7.3 mpbs
7.İrlandiya: 6.8 mpbs
azadliq.info