Şadlıq sarayında qadın kişini bıçaqladı

Sumqayıt şəhərində qadın kişini bıçaqlayıb. Şəhər polis İdarəsindən Lent.az-a verilən məlumata görə, “Simurq” şadlıq sarayında İnşaatçılar qəsəbə sakini, 1983-cü il təvəllüdlü Məmmədova Lalə Rəşid qızı Səid Əhmədovu bıçaqlayıb. L.Məmmədova daha sonra ərazidən uzaqlaşıb.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş qadın saxlanılıb.

Hadisənin səbəbləri araşdırılır.