Ərdoğan: “Tarix Əsədə dəstək olan ölkələri bağışlamayacaq”

Türkiyə baş naziri PKK və Əsəd rejimini sərt tənqid edib. Suriyanın şimalında PKK terror təşkilatının PYD ilə əməkdaşlığa getməsi məsələsi gündəmə gəlincə, Ərdoğan “heç kəs bizi təhrik etməyə cəhd etməsin” deyə cavab verib. PKK-PYD təşkilatlanmasına icazə verməyəcəklərini bildirən baş nazir Türkiyənin səssiz qalmayacağını deyib.

Bəşər Əsəd və ətrafınının gedəcəyini deyən Ərdoğan, Suriyada hansı hakimiyyətin formalaşacağına ancaq Suriya xalqının seçki ilə qərar verəcəyini bildirib.

Rəcəb Tayyip Ərdoğan: “Suriya çökdürülmüş vəziyyətdədir. Öz insanını təyyarələri ilə bombalayan bir hökümət ola bilərmi? Əsəd günahsız xalqı qətl edib.”

Ərdoğan Bəşər Əsədə dəstək olanlara da işarə vurub: “Bu zülmə hər hansı şəkildə ortaq olanlar, tarixin bağışlamayacağı zehniyyətlər, düşüncələr və ölkələr olacaqlar”.

azadliq.info