Saat 20:30-dan sonra mikrobloq servisi “Twitter”də problemlər yaşanmağa başlayıb.
Sayt çalışmır və bu mesaj çıxır: ” Twitter is currently down for <%= reason %>.” Bəzi istifadəçilərdə mobil versiya çalışsa da, onlarda da problem yaranıb.
Saytın səhifəsində istifadəçilərin çətinliklə qarşılaşması haqda məlumat yayılsa da, problemin əsl mahiyyəti barədə informasiya verilmir. 21 iyunda da bənzər problem yaranmışdı.
Bu gün “Google Talk” mesajlaşma xidmətinin sıradan çıxmasından sonra, “Twitter” də çökdü.
azadliq.info


