Faransalı arxeoloqlar Misirin Əbu Rəvəş şəhərində apardıqları arxeoloji qazıntılarda təxminən 5000 illlik tarixi olan qayıq tapıblar. Misir Tarixi Əsərlər naziri Məhəmməd İbrahim tapılan qayığın 5 min il əvvəl hökmranlıq etmiş Firon Den zamanına aid olduğunu bildirib. Qayıq metr uzunluğunda, 1,5 metr uzunluqdadır. Bu qədər yaşı olmasına baxmayaraq, hələ də istifadə oluna bilər. Eksponat muzeyə qoyulmazdan əvvəl restavrasiya ediləcək.
Qədim Misir inancına görə ölən fironların axirət səfərinə çıxması üçün “günəş qayıq”ları düzəldilirmiş.
azadliq.info