Misir Mərdanovun daha bir səlahiyyəti əlindən alınır

m merdanovDiplomları Təhsil Nazirliyi verməyəcək; rektorlar isə qanunsuz köçürmələrə görə “vurulacaq”

Yaxın vaxtlarda bir çox universitet rektoru “vurulacaq”. Bu barədə “Azadlıq”a məlumat verən mənbənin sözlərinə görə, bunun kökündə qanunsuz tələbə köçürmələri dayanır.
Mənbə bildirib ki, bir müddət əvvəl Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının (TQDK) rəhbəri Məleykə Abbaszadənin magistratura imtahanları zamanı bir fakultə üzrə nəzərdə tutulmuş plandan xeyli artıq tələbənin sənəd verdiyini və bunun qanunsuz köçürmələrdən irəli gəldiyini açıqladığı təsadüfi deyil. “TQDK rəhbərliyi artıq qanunsuz tələbə köçürmələri ilə bağlı detalları Prezident Administrasiyasına təqdim edib. Və bununla bağlı ciddi araşdırmalara başlanılıb”, – deyə mənbə əlavə edib.
Məlumatlara görə, araşdırmalar nəticəsində faktla bağlı cinayət işi başlanacağı və universitet rektoralarının istintaqa cəlb ediləcəyi gözlənilənilir. Mənbə əlavə edib ki, rektorların əksəriyyətin məsuliyyətdən yaxa qurtara bilməyəcək. Onlar ən yaxşı halda tutduqları vəzifədən azad ediləcəklər.
Mənbə həmçinin vurğulayıb ki, tələbələrə diplom vermək səlahiyyəti Təhsil Nazirliyindən alınacaq. Bu səlahiyyət TQDK-ya keçəcək.

Hikmət