Kosmosdan paraşütlə tullandı

Ekstramal idman növləri ilə məşğul olan avstraliyalı idmanşı Feliks Baumqartner kosmosdan – 29 min metr hündürlükdən paraşütlə tullanıb. Eksperiment ABŞ-ın Nyu Meksiko ştatında baş tutub. 42 yaşlı Baumqartner əsl tullanışı 37 min metr hündürlükdən həyata keçirməyi fikirləşir. O,bu hərəkəti ilə 4 dünya rekordu qırmağı planlaşdırır. Bunun üçün o NASA tərəfindən xüsusi hazırlanmış istiyə və təzyiqə davamlı skafandr geyəcək.

Mənfi 70 dərəcə soyuğun mövcud olduğu yüksəklikdən tullanacaq idmançı saatda 1332 km sürətlə 35 saniyə içində yerə enməyi planlaşdırır. O, öz enişi ilə səs sürəti baryerini keçəcək. Baumqartner bu zamanadək bir çox rekorda imza atıb.

azadliq.info