Müdafiə Nazirliyi əsgərimizin əsir düşdüyünü təsdiqlədi

Azərbaycan Müdafiə Nazirliyi Silahlı Qüvvələrin əsgəri Firuz Fərəcovun ermənilərə əsir düşməsi xəbərini təsdiqləyib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu gün “N” saylı hərbi hissənin əsgəri, 1992-ci il təvəllüdlü Fərəcov Firuz Mirzə oğlu qoşunların təmas xəttinin Tovuz rayonu istiqamətində azaraq erməni silahlı bölmələrinə əsir düşüb.

***

İyulun 26-da səhər saat 6.00-da azərbaycanlı hərbçi Firuz Fərəzov Ermənistan-Azərbaycan sərhədini keçərək erməni sərhədçilərə təslim olub. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Mənbə bildirib ki, Azərbaycan vətəndaşı həbs olunub, istintaq gedir. İnsident barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistandakı ofisinə məlumat verilib.

Azərbaycan Müdafiə Nazirliyi məlumatı şərh etmir.

Qeyd edək ki, bundan əvvəl Ermənistanda azərbaycanlı hərbi əsir olmayıb (contact.az).