Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Ketrin Eşton Yunanıstanın keçmiş Xarici İşlər naziri Stavros Lambrinidisi Birliyin insan haqları məsələləri üzrə xüsusi nümayəndəsi təyin edib. Bu yeni vəzifə ilə Avropa Birliyi xarici siyasətdə insan haqları məsələlərinə xüsusi önəm verəcəyini vurğulayır.
Yeni posta Lambrinidislə yanaşı Fransanın insan haqları üzər səfiri və Finalndiyanın Avropa məsələləri üzrə keçmiş naziri Astrid Thorsun da namizədliyi irəli sürülmüşdü. Amma sonda insan haqları üzrə xüsusi təmsilçi vəzifəsinə Lambrinidis təyin edilib (“Azadlıq” radiosu).


