Heydər Əliyev adına Ali Hərbi Məktəbdə bıçaqlanma hadisəsi olub. APA-nın məlumatına görə, hadisə dünən baş verib. Hərbi məktəbdə xidmət edən əsgərlər arasında düşən davada əsgər Rəşad Hacıbəyli əsgər yoldaşı Natiq Sadıqova bıçaqla xəsarət yetirib. Yaralı əsgər hospitala yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Ali Hərbi Məktəbdə bıçaqlanma
•


