Suriyanın daha 2 səfiri müxaliflərə qoşuldu

Ər-arvad diplomatlar Əbdüllətif əl Debbaq və Lamiyə əl Həriri Qətərə qaçıb

Suriyada vəziyyətin gərginləşdiyini və Əsəd rejiminin sonunun yaxınlaşdığını görən rejim mənsubları bir-bir müxaliflərin tərəfinə keçirlər. Suriyanın Cənubi Kiprdəki səfiri Lamiyə əl Həriri və Birləşmiş Ərəb Əmirliyindəki (BƏƏ) səfiri Əbdüllətif əl Debbaq müxaliflərin tərəfinə keçdiklərini açıqlayıblar. Əlavə edək ki, bu iki diplomat həmdə ər-arvaddılar. Onların Qətərə qaçdığı bildirilir.

Dünənə qədər Kiprin yunan hissəsində səfir işləyən Əl Həririnin qərarı Suriya böhranının dərinləşdiyi dönəmə rast gəldiyi üçün mühüm əhəmiyyət daşıyır. gəldiyi kritik nöqtədə ayrı bir əhəmiyyət daşıyır. Müxaliflərin tərəfinə keçən xanım diplomat Suriyanın indiki vitse-prezidenti Faruk əl Saranın qardaşı qızıdır. Kiprin paytaxtı Larnaka hava lımanından Dubaya istirahətə yollanan Lamiyə əl Həriri oradan da Qətərə sığınıb. Onun müxaliflərin tərəfinə keçməsi xəbərindən az sonra Əl Həririnin həyat yoldaşı Suriyanın BƏƏ-dəki səfiri Əbdüllətif əl Debbaq da analoji addım atdığını bildirib.