London Olimpiadasının izləyicilərinə qəribə qadağa gəlib. Wi-Fi yolu ilə şəxsi internet resurslardan isitifadəyə şərait yaradan smartfon və cihazların olimpiada stadionlarına keçirilməsinə icazə verilməyəcək. Soyuq və odlu silah, spirtli içki və heyvan qadağası ilə birlikdə “internet paylanması” qadağası da rəsmi saytda öz əksini tapıb.
Android, iPhone, Microsoft Windows Phone platformalı planşet və smartfonlar bir cihazdan digərlərinə naqilsiz internet ötürmə imkanına malikdir.
Qadağaya səbəb göstərilməsə də, jurnalistlər bunu GigaOm internet paylama şirkətinin Olimpiya komitəsi ilə bağladığı müqaviləni göstərirlər. Olimpiya obyektlərində 1500 qoşulma nöqtəsi yaradan şirkətin saat yarımlıq internet xidməti 9 dollara başa gəlir. Şəxsi resurslarından internet ötürən izıəyicilər şirkətə ciddi maneə yarada bilərlər.
XXX Olimpiada oyunları iyulun 27-də Böyük Britaniya və Yeni Zellandiya qadın futbol komandalarının matçı ilə start götürəcək.
azadliq.info


