yegane emiraslanova

“Ölkə dövlət kimi yox, şirkət kimi idarə edilir”

yegane emiraslanova“İctimai Palata ölkəni özünün şəxsi mülkiyyəti kimi görənlərlə şərəflə mübarizə aparan bir qurumdur”

Yeganə Əmiraslanova: “Iqtidarın bizimlə polis təzyiqləri vasitəsilə danışması bizi heç nədən çəkindirə bilməz”

İctimai Palatanın üzvü Yeganə Əmiraslanova “Azadlıq” qəzetinin suallarını cavablandırıb.

– Son zamanlar yenidən siyasi fəalların polis bölməsinə dəvət olunmaları artıb. Xüsusilə bu addımlar xanımlara qarşı atılır. Bu cür yanaşma sizi çəkindirmirmi?
– Sabirin Irandakı 1908-ci il Məşrutə hərəkatıyla bağlı şeirlərində bir misra var:”Bu yol şanlı qurbangahıdır insafın, imanın”. Ölkənin milli gəlirinin ədalətli şəkildə bölüşdürülməsi,insanların rifah halının yüksəldilməsi, azad seçkilər, söz və ifadə hürriyyəti uğrunda  aparılan mübarizə “insafın, imanın” diqtə etdiyi bir durum olduğuna görə,  bizim mübarizəmizə polisi “birinci dərəcəli hazırlıq vəziyyəti”ndə saxlayaraq cavab verməsi iqtidarın özünün ayıbıdır. Biz nə edirik: bankmı soyuruq, oşurluqmu edirk, ölkənin milli sərvətlərini talamaq hesabına xarici banklarda hesablarımızmı var? Polisin vəzifəsi bütün vətəndaşlara eyni məsafədə durmaqdırsa, “iqtidarın polisi” etiketini daşımaqdan ilk növbədə, polisin özü utanmalıdır. Əgər bir ölkədə polis “iqtidar kreslosunun keşikçisi”nə çevrilibsə, o ölkədə dövlətçilikdən və demokratiyadan danışmaq mümkün ola bilməz. Bu vəziyyətdə  Cəlil Məmmədquluzadənin “Dəli yışıncaşı” tragikomediyasındakı fərraş Şimrəlini bir daha xatırlamaq yerinə düşər. Iqtidarın bizimlə polis təzyiqləri vasitəsilə danışması bizi heç nədən çəkindirə bilməz, şəxsən mən bu yanaşmanı gecə qəbristanlıqdan keçərkən qorxan bir adamın fit çalmasına bənzədirəm.

Qardaşımı işdən çıxardılar

– Eşitdiyimizə görə 22 aprel mitinqindəki çıxışınızdan sonra ailənizə qarşı təzyiqlər olur. Bu doşrudurmu?
– Əslində mən mübarizəyə başladığım andan bütün bunları gözə almışdım. Xüsusi Dövlət Mühafizə Xidmətində çalışan qardaşıma da olacaqları qabaqlamaşı və “könüllü” şəkildə işdən çıxmaşı təklif eləmişdim. Qardaşım idmançıdı, beynəlxalq yarışlarda dəfələrlə birincilik qazanıb və siyasətlə ümumiyyətlə maraqlanmırdı. Məndən 17 yaş kiçik olan və mənə nəinki siyasi, heç məişət zəminində belə söz deməkdən çəkinən, istənilən halda mənə təsir etmək imkanı olmayan qardaşımı işdən çıxarmaqla mənə “zərbə” vurduqlarını düşünən iqtidara acıyıram. Qardaşımın yeganə suçu mənim qardaşım olmaqdı. Axı o hər şeydən öncə bu ölkənin müstəqil vətəndaşıdı və ölkə qanunvericiliyində qardaş bacının siyası görüşlərinə görə hər hansı məsuliyyət daşımır. Istənilən halda cəmiyyətdəki  haqsızlıqlara qarşı mübarizəmi davam etdirəcəm.

– Qardaşınız haqsız yerə işdən çıxarıldığı üçün məhkəməyə müraciət etdimi?
– Xeyr etmədi. Səbəbini isə siz də yaxşı bilirsiniz. Müstəqil hakimləri olmayan məhkəməyə müraciət edən vətəndaş ancaq vaxtını və saşlamlışını riskə alır.
Türkiyə iqtidarı Intiqam Əliyev məsələsinə biganə qalmamalıdır

– Azərbaycanı tərk edib Türkiyəyə köçməyiniz haqqında söyləntilər doşrudurmu?
– Bu aralar uşaqlarımla birlikdə 2 aya yaxın Türkiyədə oldum. Türkiyənin siyasi dairələri, eyni zamanda orda yaşayan həmvətənlərimizlə görüşlərim, əhəmiyyətli söhbətlərim mənim üçün ayrıca bir tarixdi. Azərbaycandakı ictimai-siyası vəziyyət Türkiyə mətbuatının aktiv gündəmində olmasa da, türk millətini olaylar ciddi şəkildə narahat edir. Övladlarım oranı bizim üçün daha “təhlükəsiz” məkan hesab etsələr də mən bu qənaətdə deyiləm. Belə olsaydı, Azərbaycan iqtidarının təqib və təzyiqlərindən başını götürüb qaçan siyasi mübarizlər elə ən yaxın qardaş ölkə olan Türkiyəyə üz tutardılar. Yeri gəlmişkən, bu gün Azərbaycanda ən aktiv demokrat vətəndaş, ləyaqətli, vicdanlı hüquq müdafiəçisi kimi tanınan hüquqşünas Intiqam Əliyev haqqında Türkiyədə saxta ittihamlarla cinayət işi açılması Türkiyə hökumətinin qardaş türk xalqına ən yumşaq halda etinasızlışıdı. Ümid edirəm ki, qısa zamanda Türkiyə iqtidarı bu məsələyə münasibət bildirəcək və bu yanlışlıq aradan qaldırılacaq. Əks halda bu ittiham tarixi suç olaraq hazırkı Türkiyə iqtidarının boynunda qalacaq.

Dövlət adı altında şirkət

– Bütün dünya Azərbaycanda korrupsiya, insan haqları, siyasi məhbus problemini dilə gətirir. Amma bütün bunlara baxmayaraq hakimiyyət ölkədə siyasi məhbus probleminin olmadığını və insan haqları sahəsində vəziyyətin normal olduğunu bəyan edir. Adi insan kiməsə yalan söyləyəndə böyük çətinlik çəkir. Yəni yalan söyləmək hakimiyyət üçün bu qədərmi asanlaşıb?
– Yalan və ya doşru söyləməsinin hakimiyyət üçün heç bir fərqi yoxdur. Çünki söhbət hakimiyyəti və əldəki sərvəti qorumaqdan gedir. Hakimiyyət üçün bütün yollar dövlət qapısına yox, şirkət qapısına çıxdığına görə, “dövlət” adı altında fəaliyyət göstərən “şirkət”i qorumaq üçün hakimiyyət bütün metodları məqbul sayır.

– Ötən il müddətində Azərbaycan beynəlxalq aləmin gündəminə gəlib. Bunun baş verməsində “Eurovision” yarışması zamanı Icimai Palatanın keçirdiyi aksiyaların da böyük rolu olub. Təşkilat bundan başqa ötən müddətdə müxtəlif mövzularda dinləmələr təşkil edib. Amma bununla belə Ictimai Palatanın fəaliyyətindən narazə olanlar var. Ölkədəki hazırkı repressiv ab-havada ötən müddətdə Ictimai Palatanın fəaliyyətini necə qiymətləndirərdiniz?
– Mən Ictimai Palatanının son sesiyasında bu məsələyə münasibət bildirmişdim.  IP-nın da, müxalifətin də istənilən addımına kənardan qəzəl oxumaq şox asandır. Bunu edənlər gəlib əllərini daşın altına qoysalar, hadisələrdə fərd olaraq iştirak etsələr, daha məntiqli olardı. Ictimai Palata ölkəni özünün şəxsi mülkiyyəti kimi görənlərə qarşı şərəflə mübarizə aparan bir qurumdur. Diqqətinizi bir daha cəlb edirəm: söhbət dövləti idarə edən hər hansı iqtidara qarşı mübarizədən yox, ölkəni özünün şirkəti, əhalini isə özünün köləsi kimi görən rəhmsiz bir qrupla mübarizədən gedir. Görünür, Ictimai Palatanın fəaliyyətini tənqid edənlər bunu dərk edə bilmədikləri üçün prosesləri düzgün dəyərləndirə bilmir və ən asan yolu seçərək Ictimai Palatanı tənqid edirlər. Cəmiyyətdəki haqsızlıqlara qarşı mübarizə aparmaq hər bir vətəndaşın gələcək nəsil qarşısında vicdan borcudur. Ən adi məişət haqsızlıqlarına belə göz yuman vətəndaşın ədalətli cəmiyyət uğrunda  mübarizə aparan digər vətəndaşı “daha fəal olmamaqda” suçlaması haqsızlıqdı.

– Seçki qanunvericiliyinin mürtəcə şəkildə olduğu, seçki komissiyalarının hakimiyyətin nəzarəti altında qaldığı, sərbəst toplaşmaq azadlışı təmin edilmədiyi bir dönəmdə sizcə vahid namizəd məsələsinin müzakirəyə çıxarılması nə dərəcədə düzgündür?
-Vahid namizəd məsələsi barədə fikrimi təxminən bir müddət əvvəl də demişəm. Əslində bu gün bütün narazı təbəqələrin ehtiyacını ödəyə biləcək vahid liderə ehtiyac var.
IP-nın axırıncı sesiyasında da seçki kommisiyalarının tərkibinin dəyişdirilməsi seçki öncəsi ən ümdə vəzifə kimi dəyərləndirildi. Mən bununla razılaşmıram. Mövcud iqtidarın komissiyaların tərkibini dəyişib, Əlinin yerinə Vəlini və ya Məmmədəlini qoymasının seçki saxtakarlışının qarşısının alınmasına nə təsiri ola bilər ki? Mahiyyət etibarilə onların hər üçü iqtidarın əmr qullarıdı. Ölkəni öz şəxsi mülkiyyəti kimi görənlər seçki qanununu da şirkət mənafeyinə uyşun şəkildə çıxaracaqlar, seçki komissiyalarını da istədikləri kimi formalaşdıracaqlar. Ölkədəki vəziyyət çoxdan “aşlarla qaraların” mübarizəsidir, iqtidar bizə zənci kimi baxır. Bu o deməkdir ki, biz də son həddə zəncilərin mübarizə metodlarına müraciət etməklə haqq işimizi görərik.

“Mən” ölkə üsul-idarəsini iflic edib

– Bu yaxınlarda məlum oldu ki, Rəsulzadə irsini araşdıran Şirməmməd Hüseynov kitabları yalnız öz şəxsi vəsaiti, məvacibi hesabına çıxarır. Rəsulzadəyə bu cür ögey münasibətin səbəbi nədir?
-Rəsulzadə bu torpaqlarda dövlət qurarkən “Müsavat”ı, yəni bərabərlik fəlsəfəsini dövlət idarəçiliyinin təməli kimi qəbul etmişdi. Onun bu torpaqlarda elan edilən dövləti idarəsində vətəndaşın aktiv  iştirakı, yəni “biz” olmalıydıq. Son 19 ildə “biz”in yerinə “mən” qoyulub və o “mən” ölkə üsuli-idarəsini iflic edib, ölü vəziyyətə salıb. Aradakı fərq budursa, bu düşüncəni daşıyan iqtidardan Rəsulzadəyə hansı münasibəti gözləyirsiniz? Hörmətli Şirməmməd müəllim bunu hamımızdan yaxşı bilir, ona görə də Rəsulzadənin kitabını çıxarmaq üçün onun “dövlət”dən kömək gözləməməsi daha doşru məntiqdi. Inanıram ki, bu torpaqlarda dövlət idarəçiliyi əvvəl-axır Rəsulzadənin “biz” fəlsəfəsinə əsaslanacaq və elə Şirməmməd müəllim özü də “biz”im şərəf və ləyaqət abidəmiz olaraq qalacaq.  

– Təkcə Rəsulzadəyə yox, Nuri Paşaya da eyni münasibət sərgiləndi. Və sonda Nuri Paşaya Türkiyə səfirliyi özü səfirliyin həyətində heykəl qoydu. Bəs Nuri Paşaya bu cür münasibət nədən qaynaqlanır?
-Bir dəfə Türk mətbuatında oxumuşdum ki, Nuri Paşa olmasaydı, Bakı da bu gün Qarabaşın vəziyyətində olardı. Bu iqtidar vətən torpaqlarımızın işşaldan azad edilməsi üçün nə edib ki, Bakını erməni işşalından azad edən Nuri Paşanın xatirəsinə hörmət etsin? Ənvər Paşa aşıllı adam idi, Osmanlının son dönəmində “səadəti”  Ərəbistan çöllərində yox, ata yurdu olan Türküstanda axtarmaşa qərar vermişdi.
29 yaşındakı qardaşı Nuriyə general rütbəsi verərək Bakının işşaldan azad edilməsini onun komandanlışındakı Qafqaz islam ordusuna tapşırmışdı. Bunlar silsilə məsələlərdir: iqtidar əziz vətən torpaqlarımızın işşaldan azad edilməsinə nə qədər əhəmiyyət verirsə, Nuri Paşanın xatirəsini əbədiləşdirməyə də o qədər önəm verir. Iş dönüb-dolaşıb eyni nöqtəyə gəlir: siz dövlətsinizmi, yoxsa şirkətsinizmi?

– Dövlət başçısının imzaladığı sərəncamla sənədsiz, yüksək gərginlikli elektrik naqillərinin altında, magistral boru kəmərlərinin, dəmir yol və magistrala yaxın ərazilərdəki yaşayış sahələri siyahiya alinacaq.  Onların da gələcəkdə sökülməsi nəzərdə tutulub. Ölkədəki hazırkı narazılışa daha yenilləri əlavə olunacaq. Qarşıdan gələn seçki ərəfəsində bütün bunlar hakimiyyətə nə vəd edir?
 -Çox acınacaqlı bir vəziyyətdi. Axı o mülk sahiblərinin  əksəriyyətinin mülkiyyət hüquqlarını təsdiq edən sənədləri var. Nədən yüksək gərginlikli elektrik naqillərinin altında, magistral boru kəmərlərinin, dəmir yol və magistrala yaxın ərazilərdə yaşayış evlərinin tikilməsinin qarşısı vaxtında alınmırdı? Çünki yerli strukturlara bu sərf eləmirdi. Elə olan halda “gündəlik gəlirlərindən” imtina etmiş olardılar. Axı gizli deyil ki, tikintiyə başlayan hər bir vətəndaş yerli icra orqanlarını, sahə müvəkkilini “görmədən” daşı daş üstə qoya bilməz. Bir də ki, bu iqtidar üçün çəkinəcək bir hədd yoxdu. Çünki millət çəkindirəçək durumda deyil. Millətin başını “köç”ə, bir loxma çörəyi necə qazanmaq “fəlsəfəsinə” məharətlə qarışdırıb iqtidar “filosofları”. Bir də ki, “islanmışın yaşışdan nə qorxusu?”

Xəyal