“Məclisi-üns”ün işışına doşru…
Məlum olduşu kimi, XIX əsr Azərbaycanda yaranan ədəbi məclislərin daha gur, qızşın dövrü sayılır. XIX əsrdə yaranan və ədəbi prosesi dinamik hala gətirən məclislər əsasən orta əsrdəki klassik şeir məclislərini xatırlatsa da, burada fərqli məqamlar da diqqətdən yayınmır. Ədəbi məclislərdə təkcə şeir müzakirəsi keçirilmir, həm də dövrün, zamanın yeni meyl və tendensiyalarının da ifadəsi öz əksini tapırdı. Bu məclislərin özü də ədəbiyyatda maarifçilik xəttinin bir təzahürü idi. Azərbaycanın ayrı-ayrı bölgələrində yarananÿbu ədəbi məclislər vahid ədəbi prosesin ayrı-ayrı şaxələri kimi bir-birilə sıx başlı idilər, məclislər arasında məktublaşmalar gedirdi,ÿbir məclis üzvünün digər bir məclisdə iştirak etməsi də təəccüblü deyildi.
XIX əsrdə Azərbaycanda mövcud olan ədəbi məclislərdən biri də şöhrəti Qarabaşın hüdudlarını aşan “Məclisi-üns”dür. 1864-cü ildə Şuşada şair Mirzə Rəhim Fənanın təşəbbüsü ilə “Məclisi-üns” adlı ədəbi məclis təşkil edilir. Məşşələləri şair Hacı Abbas Agahın evində keçirilən bu məclisin əvvəllər dörd üzvü var idi. Lakin 1872-ci ildə Xurşudbanu Natəvanın məclisi öz himayəsinə götürməsi onun məşşələlərini daha da canlandırdı; məclis üzvlərinin sayı çoxalıb otuza yaxınlaşdı, şöhrəti Qarabaşın hüdudlarını aşdı.
Həmin tarixdə bu bölgədə yetişən və məşhurlaşan yazarların yaradıcılışına nəzər saldışımız zaman, onların arasında necə bir ədəbi yarış getdiyinin şahidi olarıq. Bəzən bu yarış qısqanclıq müstəvisinə keçib, xətdən çıxsa da, o dövrün saşlam ədəbi mühitinin inkişafında daha böyük rol oynayıb. O mötəbər məclisin yetirmələrindən biri də Qəmər bəyim Şeydadır.
Qəmər bəyim Şeyda 1881-ci ildə Şuşa şəhərində anadan olub. Onun atası Əkbər aşa Qarabaşın tanınmış mülkədarlarından biri idi. O hələ kiçik ikən atası vəfat edir və uşaqlar ailənin böyük oşlu Məhəmməd aşanın himayəsində qalır. Məhəmməd aşa bacılarının təlim-tərbiyəsi ilə xüsusi olaraq məşşul olur. Onlar üçün müəllim tutur. “Ailə məktəbi”ndə – yəni evdə təhsil alırlar. Qəmər bəyim ibtidai təhsilini başa vurduqdan sonra qardaşının məsləhəti ilə “Şuşa gimnaziyası”nda təhsilini davam etdirir. Məhəmməd aşa bacısı Qəmər bəyimin hərtərəfli inkişafı üçün əlindən gələni edir, hətta ona at çapmaq, tüfəng atmaq da öyrədir.
Ədəbi məclisin gənc qələmi
“Məclisi-üns”ün növbəti yışıncaqlarının birində Xurşudbanu Natəvan yanında oturan 13-14 yaşlı qızı dərnək üzvlərinə təqdim edir: “Bu gənc qızın adı Qəmərdir. Yaxın qohumumdur. Şeirə maraşı hədsizdir. Icazə versəniz, şeirlərindən bir neçəsini oxuyar. Xoşunuza gəlsə, sıralarımıza qəbul edərik. Ancaq qohumum olduşu üçün üzgörənlik etməyin”.
Qəmər bəyim uşaq utancaqlışı, eyni zamanda, əsilzadə ədəb-ərkanlışı ilə irəli çıxır. Əvvəl bir az sıxılır. Ancaq özünü ələ alır, xüsusi bir ahənglə şeir oxuyur. Məclisin aşsaqqalı Mirzə Sadıq Piran ondan daha bir şeir oxumasını rica edir. O, qocaman şairin xahişini yerinə yetirir. Sonra keçib yerində oturur. Xurşudbanu Natəvan üzünü Mirzə Sadışa tutub deyir:
– Mirzə, nə deyirsən, xoşuna gəldimi? Bu qızcışazdan şair olarmı?
– Sizin bu qohumunuz gerçək şair imiş ki. Misralarında məna çalarları var. Nitqi, tələffüzü öz yerindədir. Böyük inamla demək olar ki, Qəmər bəyim sizin və bizim davamçımız olacaq.
Natəvan üzünü məclis üzvlərinə tutub deyir: “Deyirəm, bəlkə elə bu başdan ona təxəllüs də verək. Özünüz də gördünüz ki, Qəmər bəyim şeir söyləyərkən şeyda bülbül kimi necə ötürdü. Bəlaşətli və tuti nəfəsli səsi var. Ona ədəbi təxəllüs vermişəm. Görün, yaraşır? Şeyda! Qəmər bəyim Şeyda!”
Qəmər bəyim Şeyda “Məclisi-üns”ə qəbul olunandan sonra öz üzərində çox ciddi çalışır, məşşələlərdə müntəzəm iştirak edir, təcrübəli şairləri dinləyir. Bu ədəbi aləm Qəmər bəyim Şeydanın şair kimi formalaşmasında böyük rol oynayır.
Qəmər bəyimin günümüzə bir neçə şeiri gəlib çatıb. Hüzn, kədər və şikayət motivləri həmin şeirlərdə daha qabarıq görünür.
Qəmər bəyim Şeydanın Natəvanın təsirinə daha çox məruz qaldışı şeirlərindən görünür. Əslində, Qəmərbəyim Şeyda Natəvan üslubunda yazıb-yaradıb. Sadə, realist şeirlərində nəcib və insani hisslər, səadət, məhəbbət öz dərin bədii ifadəsini tapıb. Şairə əsərlərində əruz vəzninin ahəngdar bəhrlərindən geniş istifadə edib. Bu da onun qəzəllərini daha da oxunaqlı edib.
Adı məşhurlaşan şöhrətli şairə
Natəvanın ölümündən sonra “Məclisi-üns” himayəsiz qalır. Onun əvvəlki şöhrəti getdikcə zəifləyir. Ancaq vaxtilə Natəvanın verdiyi xeyir-dua Qəmər bəyim Şeydanı poeziya aləmində irəli aparır. XIX əsrin axırlarında o artıq tanınmış şairə idi. Mənbələrdə onun “Ləli” təxəllüslü şairə Ziba Ərdəbili ilə deyişməsi var. Tanınmış yazıçı-jurnalist Vasif Quliyev öz araşdırmalarında göstərir ki, Ziba xanım Ərdəbili o dövrdə tanınmış şairə olub. Onun “Aşam canı” rədifli qəzəli ədəbi mühitlərə geniş yayılıb
Sənin tək aşiqi məşuq yox, Ləli, bu aləmdə, Qamü aşiqləri eşqin edib fani, aşam canı.
Ziba xanım Ləlinin “özündən çox deməsi” Qəmər bəyim Şeydanı təsirləndirir. Buna görə də ona cavab yazır:
Məlahət gülşənində bir güləm qönçə libasında,
Açılsam kər tutaraq qovşa bu dünyanı, aşam canı.
Ləli şəkər, sözü şirin bu Şeyda tək hərifin var,
Əgər mümkün ola, tərk et bu sevdanı, aşam canı.
XIX əsrin məşhur şairlərindən olan Fatma xanım Kəminə gənc şairələrin deyişməsinə bir nəzirə ilə münasibət bildirir:
Gərək ruhani olmaq ta bizi cananə bilsinlər,
Bizə layiq deyil tərifi-cismani, aşan canı.
Hər iki gənc şairə bundan sonra ədəbi mübahisələrinə son qoyurlar.
Qəmər bəyim Şeyda qələmini dram janrında da sınayıb. 1918-ci ildə altı pərdəli “Zülmün daşqını” adlı pyes yazıb. Həmin əsrdə dövrün varlı bəyləri arasında gedən qan davası, ədavət və düşmənçilik nəticəsində baş verən faciələr, milli qırşınlar təsvir olunub.
1924-cü ildə Qəmər bəyim Şeyda Bakıya köçür. Oşlu Bahadırın iş yeri tez-tez dəyişdiyi üçün o, Bakıda, Naxçıvanda, Tiflisdə yaşamalı olur. Bahadır Naxçıvana Xalq səhiyyə komissarı vəzifəsinə təyin olunur. Həmin vaxt ana da oşlu ilə ora gedir. Naxçıvanlı qadınlar arasında maarifçilik işi aparır, mütərəqqi fikirli ziyalı kimi bölgənin ictimai həyatında fəal iştirak edir.
Qəmər bəyim tez-tez Qarabaşa da gedirdi. Keçmiş tanışları və qohum-əqrəbaları ilə hal-əhval tutur, Şuşada yaşayan qızına baş çəkirdi.
Qəmər bəyim Şeyda 1933-cü ildə Bakıda vəfat edib. Əldə olunan məlumatlara görə, şairənin xeyli əlyazmaları olsa da, sonra onlar it-bata düşüb.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir